Deprecated: base64_encode(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home3/polistar/public_html/inc/router_ext.php on line 226
SELÜLOZİK BOYA | Polistar SELÜLOZİK BOYA | Polistar
MƏHSUL HAQQINDA
SELÜLOZİK

SELÜLOZİK BOYA

₼7.70

 

Xüsusiyyətləri: Polistar Selülozik Parlaq Boya olduqca mükəmməl yayılan, yüksək örtmə gücünə sahib, sərt və cızılmalara dayanıqlı bir qat yaradır, rəng və parlaqlığını uzun müddət qoruyur. Fiziki təsirlərə dayanıqlıdır.

İstifadə yerləri: Daxili istifadə məqsədli mebel və dekorasiya işlərində, MDF, preslənmiş taxta və hər növ taxta səthlərdə istifadə olunur. Həmçinin metal səthlər üçün də istifadə oluna bilər.

İstifadə qaydaları: Çarpaz şəkildə 2 və ya 3 qat vurulur. Solvent buxarlanması üçün hər qat arasında 5 dəqiqə gözlənilməlidir. Püskürtmə metodu ilə istifadə olunur. Püskürtmə metodu ilə səthlərə birbaşa vurulduğu kimi, Selülozik Astar və ya Poliuretan Astarla astarlanıb, zımparalanmış (şkurkalanmış) quru səthlərə püskürtmə ilə 2-3 qat vurulur. Polistar Selülozik Tiner ilə 85-100% nisbətində  incəldilir. İncəltmədən öncə öz qutusunda yaxşı qarışdırılaraq homogen hala gətirilməlidir.

Sərfiyyat: Tək qatda 30-35 mikron, quru təbəqə yaradacaq şəkildə tətbiq edilərsə 8-10 m²/lt.

Quruma müddəti: Toxunma quruması: 35-45 dəqiqə, tam quruma: 5 saat.

Saxlanma müddəti: Ağzı açılmamış original qabında, günəş şüaları düşməyən yerdə, 5-35C temperaturda 2 il.

Təhlükəsizlik tədbirləri: R10 (Alovdan uzaq tutun), R20/22 (Tənəffüsə zərərlidir), R25 (Orqanizm daxilinə düşdüyü halda zərərlidir), R36 (gözü qıcıqlandırır), S2 (Uşaqlardan uzaq tutun), S3/7/9 (qabı qapalı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın), S23 (buxarı ilə tənəffüs etməyin), S24/25 (Göz və dəri ilə təmasdan qorunun), S29 (kanalizasiya və su axarlarına tökməyin), S37/39 (istifadə zamanı qoruyucu eynək və maska taxın), S51 (yaxşı havalandırılan yerlərdə istifadə edin).

Fayllar: TDS

Müasir texnologiyalarla

Avtomatlaşdırılmış istehsal

Sintetik boyalar, lak və dolğular, emulsiyalar

Zəngin məhsul çeşidi

Standartlaşdırma və

Keyfiyyətə nəzarət