Deprecated: base64_encode(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home3/polistar/public_html/inc/router_ext.php on line 226
POLITEXTURE ( Fasad Boya ) | Polistar POLITEXTURE ( Fasad Boya ) | Polistar
MƏHSUL HAQQINDA
FASAD

POLITEXTURE ( Fasad Boya )

₼57.60

 

Xüsusiyyətləri: Akrilik kopolimer əsaslı çöl səth boyası olub, yüksək nəfəsalma qabiliyyətinə malikdir. Səthdəki nahamarlıqları rahatlıqla örtür. Zərbələrə qarşı dayanıqlıdır. Çatlamaz, qabarmaz. Beton, suvaq, mdf kimi səthlərdə xüsusi görüntü almaq məqsədi ilə ya da dekorativ məqsədlə tətbiq edilir.

İstifadə qaydalari: İlk olaraq Polistar Exterior ilə çatlar doldurulur. Ardınca Polistar Premier  və ya PoliBinder ilə astarlama işi görüldükdən 2-3 saat sonra püskürtmə və ya rulo ilə ikiqat çəkilir. Xüsusi dekorativ görüntü almaq üçün boya daha qurumamış rulonu tək istiqamətdə hərəkət etdirmək lazımdır. İstifadəyə hazır satılır. İncəltməyə ehtiyac yoxdur. Boyanacaq səthdə rulo izi buraxmamaq üçün boyamanı ara vermədən bitirmək lazımdır. Boyanın tətbiqindən sonra divarınızı yağıntıdan ən az bir gün qoruyun.  Boyanın tətbiqi zamanı səth və mühit temperaturu 5-350C arasında olmalıdır.

Sərfiyyat: Səthin hopduruculuq dərəcəsindən asılı olaraq tək qatda 1-1,5 m2/kg.

Quruma müddəti: İlk quruma 1-3 saat, tam quruma 24 saat.

İstifadə edilən alətlər: Püskürtmə, xüsusi dekorativ rulolar.

Saxlanma müddəti: Günəş işığı düşməyən yerdə, orijinal qabında, qapağı açılmadan 2 il saxlanıla bilər.

Təhlükəsizlik tədbirləri: Gözə və orqanizm daxilinə düşməsindən qorunun. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Fayllar: TDS

Müasir texnologiyalarla

Avtomatlaşdırılmış istehsal

Sintetik boyalar, lak və dolğular, emulsiyalar

Zəngin məhsul çeşidi

Standartlaşdırma və

Keyfiyyətə nəzarət