Deprecated: base64_encode(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home3/polistar/public_html/inc/router_ext.php on line 226
POLİPLASTİK ( İç Səth Boya ) | Polistar POLİPLASTİK ( İç Səth Boya ) | Polistar
MƏHSUL HAQQINDA
İÇ SƏTH

POLİPLASTİK ( İç Səth Boya )

₼8.60

 

Xüsusiyyətləri: Mühitə dost, silinə bilən, saralmayan, toz və kir tutmayan, örtmə qabiliyyəti yüksək, qoxusuz, elastik quruluşda, ipək kimi, mat iç cəbhə boyasıdır. Tərkibindəki silikon və xüsusi retinanı su itələmə və buxar keçiriciliyini artırma özəlliyi boyanın silinmə qabiliyyətini artırdığı kimi, xüsusilə, rütubətli şəraitdə qabarmasının və tökülməsinin qarşısını alır.

Tətbiqi: Poliplastik-in cəkiləcəyi  səthlər düz, quru və tozdan təmizlənmiş  olmalıdır.  Səthin temperaturu 5-30 °C arasında olmalıdır. Doldurulması tələb edilən çuxur və çatlaqlar Exterior Macun ilə doldurulmalı və PoliBinder və ya Polistar Premier ilə astarlanmalıdır. Astarın tətbiq edildiyi səthlərə 18-24 saat gözlədikdən sonra ikinci qat tətbiq edilməlidir. Qatlar arasına tətbiq edərkən hər qatda ən azı 4 saat gözləmək lazımdır. Çox daramadan səthlərə düzgün şəkildə yedirdilməlidir. Diyircəklə tətbiq edərkən ən yaxşı nəticəni əldə etmək üçün məhsulu qənaət etmədən istifadə etmək lazımdır. (Darama-diyircəyin tək istiqamətdə aşağı-yuxarı endirilərək hərəkət etdirilməsidir).

İstifadə edilən alətlər: Fırça və ya Saten diyircək

Durulama nisbəti: Su ilə 15-20% nisbətində

Quruma müddəti (20 °C): Toxunmadan quruma 15 dəq., toz tutmaz quruma 30 dəq., sərt quruma 24 saat çəkə bilər.

Boyanılacaq sahə: Tək qatda 15-18 m 2 /lt (16 m 2 /kq).

Saxlama şərtləri: Birbaşa günəş şüası düşməyən, ağzı qapalı qablarda, 5-35°C arasında saxlamaq lazımdır. İstifadə edilmədiyi müddətdə qabların ağzı qapalı tutulmalıdır. Şaxtadan qoruyun.

Təhlükəsizlik tədbirləri: R10 (Alovdan uzaq tutun), R20/22 (Tənəffüsə zərərlidir), R25 (Orqanizm daxilinə düşdüyü halda zərərlidir), R36 (gözü qıcıqlandırır), S2 (Uşaqlardan uzaq tutun), S3/7/9 (qabı qapalı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın), S23 (buxarı ilə tənəffüs etməyin), S24/25 (Göz və dəri ilə təmasdan qorunun), S29 (kanalizasiya və su axarlarına tökməyin), S37/39 (istifadə zamanı qoruyucu eynək və maska taxın), S51 (yaxşı havalandırılan yerlərdə istifadə edin).

Fayllar: TDS

Müasir texnologiyalarla

Avtomatlaşdırılmış istehsal

Sintetik boyalar, lak və dolğular, emulsiyalar

Zəngin məhsul çeşidi

Standartlaşdırma və

Keyfiyyətə nəzarət