Deprecated: base64_encode(): Passing null to parameter #1 ($string) of type string is deprecated in /home3/polistar/public_html/inc/router_ext.php on line 226
Bloq 3 | Polistar Bloq 3 | Polistar

Bloq 3

 

Keyfiyyətli boyama üçün nə lazımdır?

 

Təmirin ayrılmaz hissəsindən biri də boya işləridir. Biz sizin üçün boya işləri zamanı diqqətlə yanaşmalı olduğunuz məsələləri araşdırdıq. Boyama zamanı əla nəticə əldə etmək və boyanın uzunömürlü olmasını təmin etmək üçün səthi bu işlərə hazırlamaq lazımdır. Boyanacaq səth boya növünə görə hazırlanmalı, ustanın buraxdığı xırda səhvlər aradan  qaldırılmalı və su izolyasiyası ilə bağlı lazımı tədbirlər görülməlidir.

 

Belə ki, rənglənəcək səth tozdan, kirdən, yağdan və digər köhnə, aşınmış boyalardan təmizlənməli, quru və təmiz hala salınmalıdır. Lazım olarsa uyğun inşaat materialları ilə səthdəki çatlar, uçulmuş yerlər doldurulmalıdır. Son iş  olan boyamaya keçməzdən əvvəl səthin möhkəmliyini və boyanın uzun ömürlülüyünü artırmaq üçün üzlük suvama işləri aparılmalıdır. Divarı kirdən və digər maneələrdən təmizləmək üçün yuyucu maddələrdən, sürtkü kağızlarından və ya yüksək təzyiqli sudan istifadə etmək olar. Daha sonra mütləq səthin qurumasını gözləmək lazımdır. Çünki nəm boyanın mükəmməl yapışmasına mane olur, qabarmaların və kifin yaranmasına səbəb olur. Bundan başqa su borularında sızmanın, torpaqdan gələn rütubətin qarşısı mütləq izolyasiya işləri alınmalıdır. Əks halda gələcəkdə təmir işlərinin yenidən aparılmasana ehtiyac yaranacaq.  Beləliklə istədiyiniz keyfiyyəti əldə etmək üçün səth hazırlığını mükəmməl şəkildə tamamlamaq lazımdır.

 

Boya işlərində ikinci əsas məsələ havanın temperaturu və hava şəraitidir. Çox isti havalarda, günəş şüalarının birbaşa düşdüyü yerlərdə, güclü küləkdə, dumanda, yağış yağma ehtimalı olan zamanlarda çöl səthin boyanması işini təxirə salın. Çünki boyanın öz keyfiyyətini saxlaması, rəng çalarının olduğu kimi qalması və uzun ömürlü olması üçün sətin temperaturu minimum +5°C maksimum +25 °C  olmalıdır. Daxili boyama zamanı isə normal otaq temperaturu gözlənilməlidir.

 

Əgər siz Təkrar təmir və ya boyama işləri aparırsınızsa səthdə qabarma və tökülmə halları varsa mütləq həmin yerlər qaşınaraq təmizlənməlidir. Daha sonra təmizlənən yerdə uyğun suvaq və ya aralıq doldurma  işləri aparılmalıdır.

Mənbə: usta.az

Müasir texnologiyalarla

Avtomatlaşdırılmış istehsal

Sintetik boyalar, lak və dolğular, emulsiyalar

Zəngin məhsul çeşidi

Standartlaşdırma və

Keyfiyyətə nəzarət